Dağıstanda baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb

Dağıstanda baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb
# 01 aprel 2015 18:55 (UTC +04:00)

Bakı-APA. Dağıstanda bu gün baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 11 xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in məlumatında bildirilib. Qəza yerli vaxtla 15.00 radələrində (Bakı vaxtı ilə 17.00) Dağıstanın Serqokalinski rayonu ərazisində

“Lada-Kalina, “VAZ 2114” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb”, deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR