Azərbaycanın Avstraliyadakı Səfirliyində “açıq qapı günü” keçirilib - FOTOSESSİYA

Azərbaycanın Avstraliyadakı Səfirliyində “açıq qapı günü” keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 oktyabr 2015 06:27 (UTC +04:00)

Bakı-APA. Avstraliya Paytaxt Ərazisi hökumətinin ölkədə akkreditə olunmuş bəzi səfirliklərlə birgə təşkil etdiyi “Dünyaya Pəncərələr- Səfirlikdə açıq gün və turlar -2015 (Windows to the World – Embassy and High Commission Open Days & Tours 2015) proqramı çərçivəsində Azərbaycanın Avstraliya İttifaqındakı Səfirliyində “açıq qapı günü” keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, oktyabrın 3-də bir ay öncədən tam şəkildə sifariş edilmiş turlara hər biri 45-50 nəfərlik qruplardan ibarət 250-dən çox ziyarətçi qatılıb. Kanberra şəhərindəki bir neçə səfirliyin əməkdaşları da ziyarətçilərin sırasına qoşulublar. 80 dəqiqəlik turların ilk 30 dəqiqəsi zamanı ziyarətçilərə Azərbaycan haqqında ümumi şifahi məlumat verilib çoxsaylı sualları cavablandırılıb, onlara 20 müxtəlif adda məlumat kitabçaları və broşurlar təqdim edilib, ölkə haqqında 15 dəqiqəlik video material və milli paltarlar nümayiş olunub. Daha sonra avstraliyalı rəqqasələrdən ibarət “Land of Fire” rəqs qrupu milli rəqslər ifa edib. Sonda ziyarətçilərə milli mətbəximizdən nümunələri, həmçinin Azərbaycan istehsalı olan şərablar təqdim edilib.



Proqramın tərkib hissəsi olaraq, səfirlik tərəfindən “ABC 666” radio kanalında Azərbaycan mədəniyyəti, tarixi, mətbəxi, iqtisadiyyatı və s. mövzulara dair geniş təqdimat həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR