Bakıda 31 yaşlı oğlan şadlıq evində ölüb

Bakıda 31 yaşlı oğlan şadlıq evində ölüb
# 07 mart 2013 06:57 (UTC +04:00)

Bakı. Nizam Rza - APA. Bakıda şadlıq evində ölüm hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şadlıq evlərindən birində məclis zamanı qonaqlardan biri - 1982-ci il təvəllüdlü Heydərov Mais Nəcəf oğlunun vəziyyəti qəflətən pisləşib.

Şadlıq evinə dərhal təcili tibbi yardım çağırılıb. M. Heydərov 7 saylı təcili tibbi yardım stansiyasına aparılarkən yolda keçinib.

Yaxınlarının bildirdiyinə görə, 31 yaşlı M. Heydərov bir il əvvəl ürəyindən əməliyyat olunub.

Ölüm faktı ilə bağlı ekspertiza təyin olunub. Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR