Rusiyanı Hava-kosmik qüvvələri İŞİD-in Suriyadakı komanda qərargahını məhv ediblər

Rusiyanı Hava-kosmik qüvvələri İŞİD-in Suriyadakı komanda qərargahını məhv ediblər
# 02 oktyabr 2015 12:06 (UTC +04:00)

APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Müdafiə nazirliyinin məlumatına görə, iki gün ərzində partlayıcı qurğular hazırlanan zavod, terrorçuların düşərgələri, silah-sursat anbarı da daxil olmaqla 10 hədəf məhv edilib.

Hədəflərin Rusiya və Suriya kəşfiyyat qurumlarının məlumatları əsasında vurulduğu bildirilir.

Bu arada, Suriyanın Rusiyadakı səfiri Riyad Xaddad aviazərbələrin müxalif qüvvələrə və mülki əhalini deyil, terrorçu qrupları hədəf aldığını təsdiqləyib.

Qeyd edək ki, Rusiya dünəndən etibarən İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR