«Kredo Bank»ın faiz mənfəəti 17% artıb

«Kredo Bank»ın faiz mənfəəti 17% artıb
# 20 fevral 2013 08:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 10,375 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 20,9% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 20,7% artaraq 9,987 mln. manata çatıb.

Bankdan bildirilib ki, ötən ilin yekununda bank 310 min manat həcmində mənfəət əldə edib və bu, 2011-ci ilin analoji göstəricisindən (363 min manat) 14,6% azdır.

Qeyd edək ki, bankın faiz gəlirləri 9,878 mln. manat, qeyri-faiz gəlirləri 0,497 mln. manat, faiz xərcləri 3,748 mln. manat, qeyri-faiz xərcləri isə 6,240 mln. manata bərabər olub. Nəticədə, ötən il bankın faiz mənfəəti 17,3%, qeyri-faiz zərəri isə 18,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR