İstanbul Universiteti qarşısında partlayış baş verib

İstanbul Universiteti qarşısında partlayış baş verib
# 11 fevral 2013 15:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Türkiyənin İstanbul Universitetinin su məhsulları fakültəsinin binası qarşısında partlayış olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış universitetin qarşısında olan zibil qabında baş verib. Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb edilib.

Partlayış nəticəsində bir nəfərin yaralandığı bildirilir. Polis hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR