Komissiya sədri: “Etik davranış qaydaların pozulduğu dövlət qurumlarının siyahısı ümumiləşdirilir”

Komissiya sədri: “Etik davranış qaydaların pozulduğu dövlət qurumlarının siyahısı ümumiləşdirilir”
# 09 iyul 2015 08:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dövlət qulluqçularının etik davranış qaydalarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pozulması normaldır. Çünki dövlət qulluqçularının təxminən 15-20 faizə yaxını orada çalışır. Orada yeni rəhbərlik bu işə qarşı ciddi mübarizə aparır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Komissiya bildirib ki, etik davranış qaydaların pozulduğu dövlət qurumlarının siyahısı ümumiləşdirilir: “Etik davranış qaydalarının daha çox pozulduğunu açıqlayan qurumları dəstəkləyirik. Bu onu göstərir ki, orada etik davranış qaydalarının pozulmasına qarşı iş aparılır. Elə dövlət qurumları var ki, onlar il ərzində bir dəfə belə olsun etik davranış qaydalarının pozulmadığını bildirir. Təbii ki, biz buna şübhə ilə yanaşırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR