Sosial şəbəkələrdə saxta profillər vasitəsilə hədələnmə və şantaja məruz qalma faktı üzrə cinayət işi başlanıb

Sosial şəbəkələrdə saxta profillər vasitəsilə hədələnmə və şantaja məruz qalma faktı üzrə cinayət işi başlanıb
# 05 mart 2015 16:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşların hədələnməsi və şantaja məruz qalması faktı ilə cinayət işi başlanıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi dövlət təhlükəsizliyi ilə bağlı illik hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, özlərini kütləvi informasiya vasitələrinin əməkdaşları kimi təqdim edərək ümumi və məktəbəqədər təhsil müəssisələrinin, dövlət idarə və təşkilatlarının rəhbərlərindən, ayrı-ayrı iş adamlarından pul tələb edilməsi halları aşkar edilən, bu faktlar, həmçinin xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, vergi ödəməkdən yayınma, rəsmi sənədlərin saxtalaşdırılması, dövlət vəsaitinin və vətəndaşların əmlakının mənimsənilməsi, xarici ölkədən əldə edilən saxta pulların ölkəmizə gətirilərək dəyişdirilməsi, eləcə də gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrin qanunsuz satışının həyata keçirilmə faktları üzrə də Milli Təhlükəsizlik Nazirliyin təqdim etdiyi materiallar əsasında Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb. Aidiyyəti üzrə göndərilən digər materiallar əsasında isə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı üzrə Baş Prokurorluq tərəfindən başlanılan 1 cinayət işinin istintaqı Daxili İşlər Nazirliyində aparılır. Bu qəbildən olan materiallar əsasında icazəsiz və nəzarətdənkənar rabitə xidmətlərinin göstərilməsi cinayəti üzrə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 5, internetdəki sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşların hədələnməsi və şantaja məruz qalması , xaricdə təhsil almaq üçün saxta sənədlərdən istifadə edilməsi və vətəndaşlara məxsus plastik bank kartı hesablarından pul vəsaitinin qanunsuz çıxarılması , habelə seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayətləri üzrə Daxili İşlər Nazirliyi tərəfindən 5 cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR