Məşhur futbolçu: “Bakıya elə-belə də gələ bilərəm”

Məşhur futbolçu: “Bakıya elə-belə də gələ bilərəm”
# 10 aprel 2013 12:13 (UTC +04:00)

Bakı – APA. “Azərbaycanın veteran futbolçuları ilə yoldaşlıq görüşünə dəvət olunmuşam. Rüstəm Rəhimov mənə zəng edərək, bu oyun haqda məlumat verdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında tanınmış rusiyalı futbolçu, SSRİ yığmasının heyətində Avropa çempionatının gümüş medalçısı olan Vagiz Xidyatullin deyib.

Rusiyanın Məşqçilər və Futbolçuların Həmkarlar İttifaqının prezidenti olan keçmiş müdafiəçi mayın 1-də Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq yoldaşlıq görüşünə dəvət edilib.

Həmin vaxt başqa işləri də olmasına baxmayaraq, Xidyatullin Bakıya gələcəyini bildirib: “Bakıdan sonra Antalyaya getməliyəm. Orada Georgi Yartsevin 65 illik yubileyini keçiririk və bununla bağlı beynəlxalq turnir olacaq. Hər halda, mayın 1-də Bakıda beynəlxalq oyuna çıxıb, bundan sonra Türkiyəyə yollana bilərəm. Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm. Heydər Əliyevin xalq üçün daim xidmətləri olub. O, Azərbaycan idmanı, futbolu üçün böyük işlər görüb”.

54 yaşlı mütəxəssis Azərbaycana gəlməklə bağlı hansısa şərtlər irəli sürmədiyini vurğulayıb: “Azərbaycana səfərimlə bağlı maddi məsələ qaldırmamışam. Həmişə ölkənizə dəvətlə gəlmişəm. Bakıda yaxşı tanıdığım insanlar var ki, onların yanına elə-belə də gələ bilərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR