Bakı-APA. İraqın paytaxtı Bağdadda törədilmiş partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər isə yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, faciə şəhərin cənubundakı Dora rayonunda baş verib. Partlayış məscidin yaxınlığında, dindarlar axşam namazından çıxan zaman törədilib.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.