Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTO - VİDEO

Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 may 2015 14:24 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, valideynlərin, ictimaiyyət nümayəndələrinin və kütləvi informasiya vasitələri əməkdaşlarının iştirak etdikləri mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, polkovnik-leytenant Elçin Quliyevin təbrik məktubunun mətni oxunub.

Daha sonra gənc əsgərləri andiçmə və Respublika Günü münasibətilə təbrik edən DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov onlara Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib.

Tədbirdə çıxış edən gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasim şəxsi heyətin təntənəli marşın sədaları altında nizamlı addımlarla tribunanın önündən keçməsi ilə başa çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR