YAP rəhbərliyi Oğuzda gənclərlə görüşüb

YAP rəhbərliyi Oğuzda gənclərlə görüşüb
# 14 fevral 2013 13:55 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov Oğuz rayonundakı Afra istirahət mərkəzində YAP-ın təşkil etdiyi “Qış məktəbi” layihəsi çərçivəsində partiyanın Gənclər Birliyinin üzvləri ilə görüş keçirib.

YAP-dan APA-ya verilən məlumata görə, qonaqlar qış məktəbi haqqında video rolik izləyib və həyata keçirilən layihələr, oyunlarla tanış olublar.

Görüşdə Ə.Əhmədov Azərbaycan hökumətinin gənclərə böyük diqqət və qayğı göstərdiyini qeyd edib: “Ölkəmizdə gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, qayğısız böyüməsi, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb. YAP hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında, ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər”.

Daha sonra YAP icra katibi 2013-cü ilin noyabr ayında keçiriləcək prezident seçkilərindən söz açıb və bu işdə də gənclərin xüsusi rolunun olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR