Sumqayıtda baş verən dəhşətli yol qəzasında 6 nəfər ölüb

Sumqayıtda baş verən dəhşətli yol qəzasında 6 nəfər ölüb
# 03 avqust 2015 10:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda ağır yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytlna istinadən verdiyi məlumata görə, avqustun 1-də saat 04 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Ərşad İbayevə məxsus “Mercedes” markalı yük avtomobilinin qoşqusuna vurub.

Nəticədə Ə.Əliyev və sərnişinlərindən atası Xanlar, qardaşı Məhəmməd, həmyerliləri Sabir Əliyev, Tural Rzayev hadisə yerində, Rəvan Əliyev isə xəstəxanada ölüblər.

Faktla bağlı Baş Dövlət Yolis Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR