Penitensiar xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilib

Penitensiar xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilib
# 12 mart 2013 16:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vakant ştat vahidlərinin layiqli kadrlarla komplektləşdirilməsi məqsədilə Penitensiar xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilib.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda 24 nəfər namizədin ədliyyə orqanlarında qulluğa qəbul olunması məsələsinə baxılıb. Müsabiqədə iştirak edən namizədlərdən bilik və hazırlıq səviyyəsinə, peşə hazırlığına görə seçilən 19 vətəndaşın qulluğa qəbul olunması üçün Ədliyyə Nazirliyi qarşısında vəsatət qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR