Aşqabadda MDB hökumət başçılarının toplantısı keçirilir

Aşqabadda MDB hökumət başçılarının toplantısı keçirilir
# 21 noyabr 2014 12:25 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Aşqabadda MDB hökumət başçıları şurasının iclası keçirilir.

APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata götə, iclasda iqtisadi münasibətlərin inkişafı və Azad Ticarət Zonası haqqında sazişin tətbiqi ilə bağlı məsələlər müzakirə olunur.

İclasda çıxış edən MDB-nin icraçı katibi Sergey Lebedev bildirib ki, növbəti toplantı gələn il mayın 29-da Astanada keçiriləcək.

Tədbirdə Azərbaycanı baş nazirin I müavini Yaqub Eyyubov təmsil edir.

Qeyd edək ki, Azad Ticarət Zonasına Azərbaycan və Türkmənistan istisna olmaqla 8 ölkə daxildir. Tacikistan müvafiq müqaviləni imzalasa da, sənəd hələ ratifikasiya olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR