Bakıda Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar tədbir keçirilib - FOTOSESSİYA - APA TV

Bakıda Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">APA TV
# 12 aprel 2013 13:31 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən agentliyin rəisi Cəbrayıl Xanlarov bildirib ki, ölkədə tikinti kompleksinin inkişafı və yeniliklər yeni məcəllənin hazırlanması zərurəti yaradıb: “Qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minib və məcəllənin səmərəli tətbiqi zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti vacibdir”.


C.Xanlarov deyib ki, məcəllədə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti, ərazi planlaşdırılması, ümumi tələblər, icazənin verilməsi üzrə icraat, tikinti işlərinin dayandırılması və s. məsələlər mükəmməl şəkildə öz əksini tapıb.


Şəhərsalma və Tikinti Məcəlləsi haqqında məlumat verən agentliyin rəis müavini Fəxrəddin Sadıqov bildirib ki, sənəd tikinti fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir. Məcəllə ümumilikdə 3 bölmədən ibarətdir. Buraya dövlət siyasəti, ərazi planlaşdırılması, ekoloji mühitin nəzərə alınması, hüquqi tənzimləmə və digər müddəalar daxildir.


Tədbirdə “Məcəlləyə uyğun olaraq dövlət nəzarətinin əsas vəzifələri”, “Məcəllənin tətbiqi ilə əlaqədar sənədləşmə işlərinin hüquqi əsaslandırılması”, “Məcəllənin şəhərsalma hissəsinin tətbiqi”, “Məcəllənin tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının və memarlıq-tikinti xidmətlərinin vəzifələri” və digər mövzularda çıxışlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR