Ukrayna rus desantçılarını sərbəst buraxıb

Ukrayna rus desantçılarını sərbəst buraxıb
# 30 avqust 2014 23:52 (UTC +04:00)

Bakı-APA. Ukrayna ərazisində saxlanmış rus desantçıları sərbəst buraxılaraq Rusiyaya qaytarılıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya hava desant qoşunları komandanının müavini Aleksey Raqozin bəyan edib.

Ukrayna hesab edir ki, rusiyalı hərbçilər ölkənin şərqində separatçılar tərəfində vuruşublar. Rusiya, öz növbəsində, bunun həqiqətə uyğun olmadığını və desantçıların sərhəddə keşik çəkərkən təsadüfən azdıqlarını iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR