Bu ildən Azərbaycanda müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi tətbiq ediləcək

Bu ildən Azərbaycanda müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi tətbiq ediləcək
# 06 may 2015 13:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə deyib ki, bu ildən ali təhsildə müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbini tətbiq ediləcək. O bildirib ki, bir sıra ixtisaslara bu gün və ya əvvəlki illərdə qəbul olunan tələbələrin keçid balı, akademik bilikləri həmin ixtisaslar üzrə ali təhsil proqramını keyfiyyətli mənimsəyə kifayət etmir. Nazir vurğulayıb ki, müəyyən ixtisaslarda minimal bal tələbinin tətbiq edilməsi ilə akademik keyfiyyətin qaldırılması üçün addımlar atılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR