Tehranda İran, Suriya və İsveçrə arasında üçtərəfli görüş keçirilib

Tehranda İran, Suriya və İsveçrə arasında üçtərəfli görüş keçirilib
# 18 aprel 2013 09:46 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Tehranda İran, Suriya və İsveçrə arasında üçtərəfli görüş keçirilib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, görüşdə Suriya xalqına humanitar yardımların çatdırılması məsələsi əsas müzakirə mövzusu olub.

Toplantıda İran İsveçrənin Suriya xalqına humanitar yardımların çatdırılması istəyini iki ölkə arasındakı diplomatik əlaqələrə uyğun olaraq dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR