"AzRe": Təkrarsığorta xarici şirkətlər üçün daha əlverişlidir

"AzRe": Təkrarsığorta xarici şirkətlər üçün daha əlverişlidir
# 23 iyun 2016 11:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə təkrarsığorta mükafatların həcmi 1 mlrd. 32 mln. manata bərabər olub.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri Fuad Quliyev deyib.

Onun sözlərinə görə, bunun 44%-i yerli, 56%-i isə xarici şirkətlərin payına düşüb: "Bu ilin I rübündə də vəziyyət dəyişməyib. Təkrarsığorta üzrə ödənişlər 22-23 mln. manat civarında olub. Bunun da 25%-i xarici şirkətlərin payına düşür. Zərərlilik əmsalı yerli şirkətlər üçün 28%, xarici şirkətlər üçün 8%-ə barəbərdir. Başqa sözlə, təkrarsığorta xarici şirkətlər üçün daha əlverişlidir. Təkrarsığortada həyat sığortasının payı cəmi 2,2%-dir. Azərbaycanda təkrarsığorta əməliyyatları əsasən mülkiyyət və nəqliyyat vasitələrinin sığortalanması ilə bağlıdır. Əməliyyatların 37%-i digər sığorta növlərinin payına düşür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR