Azərbaycanda İKT şirkətlərinə illik 5%-lə kreditlər ayrılacaq

Azərbaycanda İKT şirkətlərinə illik 5%-lə kreditlər ayrılacaq
# 03 aprel 2013 08:32 (UTC +04:00)

«APA-Economics»in məlumatına əsasən, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş «Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları»nda nəzərdə tutulub.

Qaydalara əsasən, Fondun fəaliyyəti istiqamətlərindən biri də İKT sektorunda fəaliyyət göstərən şirkətlərə güzəştli kreditlərin ayrılmasıdır ki, bu da müvəkkil kredit təşkilatları vasitəsilə həyata keçiriləcək.

Qaydalara görə, Fond tərəfindən sahibkarlıq subyektlərinə ayrılacaq kreditlər məbləğinə görə kiçik həcmli (10-50 min manat), orta həcmli (50-500 min manat) və irihəcmli (0,5-5 mln. manat) kreditlərə ayrılır. Kiçik həcmli kreditlər 3 ilədək, orta həcmli kreditlər 5 ilədək, böyük həcmli kreditlər isə 10 ilədək verilə bilər. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən, bir investisiya layihəsi üzrə) maksimum həddi 5 mln. manatdan artıq ola bilməz.


Qaydalara əsasən, Fondun kreditlərinin faiz dərəcəsi illik 1% müəyyən edilir. Öz növbəsində, müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5%-dən artıq olmamalıdır. Kreditin verildiyi müddətin ilk yarısı güzəştli müddət sayılır. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları sahibkarlıq subyektləri üçün müəyyən etdikləri güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR