"Azəriqaz": İlin əvvəlindən 96 yaşayış məntəqəsi qazlaşdırılıb

"Azəriqaz": İlin əvvəlindən 96 yaşayış məntəqəsi qazlaşdırılıb
# 09 iyun 2016 09:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkə ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər uğurla davam etdirilir.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə bu ilin yanvar-may ayları ərzində 6 340 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 169 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsi qazlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR