ABŞ Müharibə Nazirliyi “Raytheon” şirkəti ilə “SM-3 Block IB” raket əleyhinə sistemlərin istehsalı üçün 6,3 milyard dollarlıq müqavilə imzalayıb.
APA xəbər verir ki, beşillik müqavilənin müddəti daha iki il uzadıla bilər.
Pentaqonun məlumatına görə, SM-3 raketləri qısa və orta mənzilli ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir. ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesləri bu raketlərdən İranla müharibə zamanı da istifadə ediblər.
Müqavilənin ABŞ-ın raket ehtiyatlarını artırmağa və istehsalın sabitliyini təmin etməyə xidmət etdiyi bildirilir.
Qeyd edək ki, sentyabrın ortalarında Pentaqonun baş müfəttişi İranla müharibə səbəbindən sursat çatışmazlığı yarandığını açıqlamışdı.
ABŞ Konqresinin Büdcə İdarəsi isə ölkənin 2025-ci ilin iyunundan bəri raket əleyhinə raket ehtiyatlarının yarıdan üçdə ikiyədək hissəsini sərf etdiyini bildirmişdi.