Abşeron rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - YENİLƏNİB - FOTO - VİDEO

Abşeron rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2015 00:25 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Masazır-Novxanı yolunda qeydə alınıb.

26 yaşlı Babayev İmran Niftəli oğlunun idarə etdiyi “Ford” markalı kiçik tutumlu yük maşını Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn və Əliyev Mehdi İbrahim oğlunun idarə etdiyi "Opel" markalı minik maşını ilə toqquşub. Zərbə güclü olduğundan, avtomobillər ciddi deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü Mehdi Əliyev xəsarət alıb. Onun deformasiyaya uğramış avtomobildən çıxarılması üçün hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Ağır vəziyyətdə avtomobildən çıxarılan sürücü 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməliyyat-istintaq qrupu və YPX müfəttişləri cəlb olunub. İşi araşdıran Abşeron RPİ-nin istintaqçılarının ilkin ehtimalı belədir ki, "Opel" markalı avtomobilin sürücüsü yol ayırıcı xəttin tələbini pozaraq qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxıb. Araşdırmalar davam etdirilir.

***

00:25

Bakı-APA. Abşeron rayonunda yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda “Opel” və “Ford” markalı 2 minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsünün ayaqları sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təvil verib. Əməliyyat saat 23:10-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR