“Muğanbank” Tovuzda yeni filial açıb

“Muğanbank” Tovuzda yeni filial açıb
# 03 oktyabr 2014 08:12 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Son zamanlar xidmət şəbəkəsini intensiv genişləndirən “Muğanbank”ın yeni filialı Tovuzda fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, açılmış filial Tovuz rayonu, Səməd Vurğun küçəsi 37 ünvanında müştərilərin istifadəsinə verilib. Filial həm fiziki, həm də hüquqi şəxslərə kreditləşmə, hesablaşma-kassa əməliyyatları, əmanətlər, pul köçrmələri və sair üzrə geniş çeşidli xidmətlər göstərəcək.

Tovuz filialı həftənin I-V günləri müştərilərinin xidmətindədir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Bankın ölkə ərazisində 39 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR