Azərbaycan və Rusiya meyvə və tərəvəzin gömrük nəzarətinin sadələşdirilməsi ilə bağlı danışıqlara başlayacaqlar

Azərbaycan və Rusiya meyvə və tərəvəzin gömrük nəzarətinin sadələşdirilməsi ilə bağlı danışıqlara başlayacaqlar
# 06 may 2015 13:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan və Rusiya meyvə və tərəvəzin gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması ilə bağlı danışıqlara başlayacaqlar.

APA-Economics”in “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, bu danışıqlar uğurla nəticələnərsə, iki ölkənin gömrük prosedurları daha da sadələşdiriləcək. Sahibkarların əməliyyat tutumları iki dəfə azalacaq ki, bu da nəticədə ikitərəfli ticarətin canlanmasına səbəb olacaq.

Belə ki, Dmitriy Medvedev hökuməti Rusiyanın Federal Gömrük Xidmətinin Azərbaycanla bir sıra məhsullara görə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınmasını nəzərdə tutan protokolun imzalanması üçün danışıqların aparması ilə bağlı sərəncam imzalayıb. Bu sənədin layihəsi bir sıra məhsulların Rusiya-Azərbaycan gömrük sərhədindən keçərkən prosedurların sürətləndirilməsində müqavilə-hüquqi bazanın yaradılmasına istiqamətlənib.

Qeyd edək ki, burada söhbət Azərbaycandan Rusiyaya aparılan canlı ağaclar, bitkilər və onun hissələrindən, güllər, göy-göyərti, meyvə, tərəvəz, qoz-fındıq, ağac emalı və qida məhsullarından gedir. Protokolun layihəsi bir ölkədən digər ölkəyə keçirilən gömrük məhsullarının nəzarətinin nəticələrinin tanınması və istifadəsi prinsipini nəzərdə tutur. Başqa sözlə, tərəflərdən birinin apardığı gömrük nəzarətinin nəticələrini digər tərəf qəbul edəcək. Bu zaman protokolun tələblərinə uyğun olaraq məhsullar haqqında informasiyaların və sənədlərin qabaqcadan təqdim olunması nəzərə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR