Bakıda mağazada yanğın baş verib - VİDEO

Bakıda mağazada yanğın baş verib - <span style="color: red;">VİDEO
# 26 fevral 2015 04:12 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, 62 ünvanında yerləşən dükanda baş verib. Yanğını görən sakinlər hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.

Hadisənin baş verdiyi ünvana gələn Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun qarşını almağa müvəffəq olublar. Bundan başqa yanğınsöndürənlər alovun obyektə bitişik ərazilərə yayılmasının qarşını alıblar.

Hadisə yerində aparılan araşdırma zamanı məlum olub ki, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Yanğın nəticəsində xəsarət alan olmasa da, mağazanın 10 kvadrat metri içindəki əşyalarla birlikdə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR