Özbəkistanda keçirilən parlament seçkilərini 150 ölkədən 300 beynəlxalq müşahidəçi izləyib

Özbəkistanda keçirilən parlament seçkilərini 150 ölkədən 300 beynəlxalq müşahidəçi izləyib
# 24 dekabr 2014 09:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “Özbəkistanda keçirilən parlament seçkilərini 150 ölkədən 300 nəfər beynəlxalq müşahidəçi izləyib. Onlardan 8 nəfər Azərbaycanı təmsil edib”.

APA-nın məlumatına görə, bunu Özbəkistanda keçirilən parlament seçkilərinin yekunlarına dair brifinqdə Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Jahongir Aminov deyib.

Onun sözlərinə görə, seçkilərdə 4 partiya mübarizə aparıb. Seçkilərin nəticələrinə əsasən, Özbəkistan Liberal-Demokrat Partiyası 47 mandat, Milli Tiklaniş 28 mandat, Xalq Demokrat Partiyası 21 mandat və “Ədalət” partiyası 17 mandat qazanıb.

22 seçki məntəqəsində eyni nəticələr qeydə alındığı üçün yanvarın 4-də seçkilərin ikinci turu keçiriləcək.

Diplomat onu da bildirib ki, Özbəkistanın Bakıdakı səfirliyində yaradılan seçki məntəqəsində 198 nəfər səs verib.

Seçkilərdə müşahidəçi kimi iştirak edən Milli Məclisin üzvü, Özbəkistan-Azərbaycan parlamentlərarası qrupunun üzvü Etibar Hüseynov bildirib ki, seçkilər ölkə qanunvericiliyinə uyğun şəkildə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR