Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək
# 16 aprel 2013 09:54 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yağış yağacaq, şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR