Azərbaycanda məktəbdə yanğın olub

Azərbaycanda məktəbdə yanğın olub
# 11 mart 2015 16:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda məktəb yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağstafa rayonu Yenigün kəndində Təhsil Nazirliyinin balansında olan, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 kv.m olan birmərtəbəli məktəb binasında qeydə alınıb.

Məktəbin zirzəmisində istifadəyə yararsız inventarlar 40 kv.m sahədə yanıb. Məktəb binasınin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR