DGK Almaniya şirkətindən yüksək enerjili yük skanerləri alacaq

DGK Almaniya şirkətindən yüksək enerjili yük skanerləri alacaq
# 01 may 2013 10:54 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Almaniyanın Smiths Detection şirkəti ilə yüksək enerjili yük skanerlərin (HCVG) alğı-satqısına dair müqavilə bağlayıb. Bu barədə APA Smiths Detection şirkətinə istinadən məlumat verib.

Mart ayında bağlanmış müqavilənin dəyəri 17.8 milyon avro təşkil edir. Bu il quraşdırılacaq X-ray skanerlər gömrük modernizasiyası layihəsinin bir hissəsi kimi, dəmiryolunda vaqonları, o cümlədən yükləri yoxlamaq üçün istifadə olunacaq.

Bu HCVG sistemləri qablarda və konteynerlərdə partlayıcı, silah və narkotikin olub-olmadığını yoxlamaq üçün istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR