Fransa mətbuatı: Bakıya 6 mindən çox atlet toplaşacaq

Fransa mətbuatı: Bakıya 6 mindən çox atlet toplaşacaq
# 06 iyun 2015 13:38 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan paytaxtı ilk Avropa Oyunlarına ev sahibliyi edəcək”.

APA-nın məlumatına görə, Fransanın “franceinfo.fr” saytı, yarışa qatılmaq üçün Bakıya 6 mindən çox atletin toplaşacağını xatırladıb.

Bakı haqda oxucuları ətraflı məlumatlandıran sayt bildirir ki, “New York Times” qəzeti Azərbaycan paytaxtını səyahət olunması məsləhət görülən şəhərlər sırasına aid edib: “Azərbaycanın paytaxtı Xəzər dənizinin qərbində yerləşir. 2 milyon əhalisi olan bu dinamik şəhərə ilk gəldikdə insanın diqqətini müasirlik cəlb edir”.

Bununla yanaşı, saytda qeyd edilib ki, Bakıda ərəb, fars, türk, rus mədəniyyətlərinin təzahürləri də hiss olunur. Xüsusilə vurğulanır ki, şəhərdə eyni zamanda məscid, provaslav, erməni kilsələri də var.

UNESCO-nun irs siyahısına daxil edilmiş “İçərişəhər”, qədim tarixə malik Qız qalası haqda da məlumat verən sayt oxuculara xatırladır ki, Parisdən Bakıya təyyarə ilə 4 saatlıq yoldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR