Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri DSMF sədri Səlim Müslümovla görüşüblər - FOTOSESSİYA

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri DSMF sədri Səlim Müslümovla görüşüblər - <span style="color: red;">FOTOSESSİYA
# 27 fevral 2013 14:09 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov ilə görüşüblər.

APA-Economics”in məlumatına görə, tədbirdə «Azərbaycanın sığorta-pensiya sistemində sistem xarakterli dəyişikliklər: inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsi» mövzusunda təqdimatla çıxış edən S.Müslümov aparılan islahatlar nəticəsində Azərbaycanda beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin formalaşdığını bildirib.

Perspektivdə gözlənilən islahat tədbirləri barədə də ətraflı məlumat verən S.Müslümov prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyənləşdirilməsi və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlandığını vurğulayıb.

DSMF sədri nəzərə çatdırıb ki, hazırda əsas hədəflərdən biri inzibati nəzarətin ictimai nəzarətlə dəstəklənməsi və daha şəffaf idarəetmə mexanizmlərinin tətbiqidir: «Elektron xidmətlərin tətbiqi bu sahədə mühüm addımlardandır. Hazırda DSMF tərəfindən göstərilən elektron xidmətlərin sayı 25-ə çatdırılıb».

S.Müslümov əhalinin yenicə istifadəsinə verilən "Sığortaolunanlara məlumatların verilməsi" adlı müasir məlumatlandırma sisteminin xüsusi rola malik olduğunu qeyd edib. O, hazırda DSMF tərəfindən 2 mln. 360 minə yaxın nəfərə fərdi şəxsi hesab açıldığını və bu xidmətdən həmin vətəndaşların hamısının yararlanmaq imkanının olduğunu bildirib. Əmək müqaviləsi ilə işləyən istənilən vətəndaş DSMF-nin saytına daxil olmaqla (www.sspf.gov.az www.dsmf.gov.az) sığortaedən (işəgötürən) tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər.

S.Müslümov hazırda pensiya və müavinət təyinatının avtomatlaşdırılması üzrə işlərin sürətləndirildiyini və bu il iyulun 1-dən etibarən pensiyaların avtomatlaşdırılmış təyinatına keçidin nəzərdə tutulduğunu bildirib: «Bunun üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim etməsi olduqca zəruridir. Bunu edən vətəndaşlar avtomatlaşdırılmış pensiya təyinatından maneəsiz istifadə edə biləcəklər».

Tədbirdə S.Müslümov klub üzvlərini maraqlandıran sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb. Eyni zamanda DSMF tərəfindən göstərilən elektron xidmətlər tədbir iştirakçılarına nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR