Siyəzəndə 15 yaşlı qız dəm qazından zəhərlənib

Siyəzəndə 15 yaşlı qız dəm qazından zəhərlənib
# 14 aprel 2013 18:12 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Bu gün Siyəzən rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü rayonun Gilgilçay qəsəbə sakini Həsənova Aydan İnqilab qızı dəm qazından zəhərlənib. O, Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR