ANAMA cəbhə xəttindən keçən çaylarda mina axıdılması ehtimalını yoxlamaq üçün reydlər keçirəcək

ANAMA cəbhə xəttindən keçən çaylarda mina axıdılması ehtimalını yoxlamaq üçün reydlər keçirəcək
# 31 yanvar 2013 13:49 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ermənistan Ordusu tərəfindən cəbhə xəttindən keçən çaylarda mina axıdılması ehtimalını nəzərə alaraq reydlər keçirəcək. Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

Onun sözlərinə görə, son vaxtlar havaların isti keçməsi ilə əlaqədar olaraq dağ çaylarında suyun səviyyəsi artıb. Əvvəlki illərdə olduğu kimi bu il də Ermənistan Ordusunun çaylarda suyun artmasından istifadə edərək Azərbaycanın nəzarətində olan ərazilərə minalar axıda biləcəyi ehtimal edilir.

«Əvvəlki illərdə dəfələrlə belə hallar baş verib. Ermənilər suyun artmasından istifadə edərək Tərtər və Xaçın çayı vasitəsi ilə Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə mina axıdıblar. ANAMA tərəfindən ötən il adıçəkilən çaylar vasitəsi ilə gəlmiş xeyli sayda mina tapılaraq zərərsizləşdirilib», - deyə ANAMA nümayəndəsi vurğulayıb.

A. Aslanovun sözlərinə görə, çaylardakı daşqınlar nəticəsində bu minalar insanların yaşadığı ərazilərdə üzə çıxır və insanlar üçün təhlükələr yaradır. Bu təhlükələri nəzərə alaraq, ANAMA-nın Çevik Əməliyyat Qrupu təhlükə ehtimalı olan ərazilərə baxış keçirəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR