Bank Of Baku

ETSN: Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə leysan, dolu yağacaq - XƏBƏRDARLIQ

ETSN: Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə leysan, dolu yağacaq - <span style="color: red;">XƏBƏRDARLIQ
# 04 iyul 2018 14:26 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edib. 

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək.

 

Azərbaycan rayonlarında iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR