Azərbaycan Tibb Universitetində aparılan yoxlamalar başa çatıb

Azərbaycan Tibb Universitetində aparılan yoxlamalar başa çatıb
# 10 mart 2015 13:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası Kollegiyasının iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Beyləqan Rayon İcra Hakimiyyətinə, həmçinin dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR