Azərbaycan İtaliya şirkətinə sifariş verdiyi helikopterləri alıb

Azərbaycan İtaliya şirkətinə sifariş verdiyi helikopterləri alıb
# 25 noyabr 2014 09:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İtaliyanın “AgustaWestland” şirkəti Azərbaycanın sifariş verdiyi AW-139 və AW-189 markalı helikopterlərin ölkəyə çatdırılması prosesini yekunlaşdırıb. Bu barədə APA-ya “AgustaWestland” şirkətindən məlumat verilib.

Müqavilə çərçivəsində Azərbaycan 8 ədəd AW-139, 2 ədəd AW-189 tipli helikopter alıb. Müqavilənin dəyəri 115 milyon avro təşkil edib.

Helikopterlər hər cür hava şəraitində fəaliyyət göstərə bilir. Axtarış-xilasetmə (SAR) missiyaları üçün nəzərdə tutulan helikopterlər pis hava şəraitində və gecə vaxtı uçuş-axtarış imkanları verən gecəgörmə sistemi və FLİR kamerayla təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR