ADİU-də akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

ADİU-də akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 28 aprel 2015 12:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali məktəbin rektoru, professor Ədalət Muradov görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb. O bildirib ki, tibb elmində böyük xidmətləri olan oftalmoloq alim, akademik Zərifə Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şuranın üzvü Sədaqət Qəhrəmanova deyib ki, Zərifə Əliyeva Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. S.Qəhrəmanova bildirib ki, Zərifə xanımla Heydər Əliyevin ailəsi, onların yetişdirdiyi övladlar bugünkü gənc ailələrə örnəkdir.

Milli Məclisin deputatı Qənirə Paşayeva görkəmli alimin Azərbaycan oftalmologiya elminin inkişafında gördüyü işlərdən danışıb. Bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən Zərifə xanımın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıb.

Tədbirdə ictimai xadim, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR