Kəmaləddin Heydərov aprelin 19-da Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirəcək

Kəmaləddin Heydərov aprelin 19-da Sumqayıt şəhərində vətəndaşların qəbulunu keçirəcək
# 15 aprel 2013 10:00 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşların qeydiyyatı aprelin 15-dən başlanacaq (ünvan: Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin inzibati binası, Sumqayıt şəhəri, Sülh küçəsi, 9).

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Aprelin 19-u saat 11:00-dan başlanacaq qəbulda Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR