Bolqarıstana məxsus alüminium şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb

Bolqarıstana məxsus alüminium şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb
# 18 noyabr 2015 07:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Etem Bulgaria S.A” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub.

Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən xəbər verilib.

Məlumata əsasən, kreditorlar bir ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 14, mənzil 34 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Bolqarıstana məxsus “Etem Bulgaria S.A” 1999-cu ildə yaradılıb. Şirkət sənaye və memarlıq alüminiumu istehsalı ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR