Bank Of Baku

"Beynəlxalq Bank"ın daha iki əməkdaşı barəsində cinayət işi başlanıb

"Beynəlxalq Bank"ın daha iki əməkdaşı barəsində cinayət işi başlanıb
# 13 aprel 2018 14:20 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri - Rüfət Muradov və Qorxmaz Vəliyev barəsində cinayət işi açılıb.

 

APA-nın xəbərinə görə, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İttihama görə, hər iki şəxs vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, onlara qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.

 

 

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR