Bank Of Baku

Səfir ukraynalı uşaqların reabilitasiyasına görə Azərbaycana təşəkkür edib

Ukrayna səfiri Yuri Husyev

© APA | Ukrayna səfiri Yuri Husyev

# 03 iyun 2026 17:57 (UTC +04:00)
0:00 / 0:00
80%

Bu gün ukraynalı uşaqlardan ibarət daha bir qrup Azərbaycana gəlib.

APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycana gətirilən 30 ukraynalı uşaq Mariupol bölgəsindəndir.

“Biz dəstəyə və xalqlarımızı, uşaqlarımızı birləşdirən bu çox vacib proqrama görə Azərbaycan hökumətinə və bütün Azərbaycan xalqına təşəkkür edirik”, - səfir qeyd edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR