İsrail Dəməşqdə yerləşən tədqiqat mərkəzinə raket zərbəsi endirib

İsrail Dəməşqdə yerləşən tədqiqat mərkəzinə raket zərbəsi endirib
# 05 may 2013 04:28 (UTC +04:00)

Bakı-APA. İsrail Dəməşqin Camaraya rayonunda yerləşən hərbi tədqiqat mərkəzinə raket zərbəsi endirib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün SANA agentliyi məlumat yayıb.

Bir qədər əvvəl KİV-lər Camaraya rayonunda güclü partlayış baş verdiyi barədə məlumat verib.

Qeyd edək ki, bundan öncə “New York Times” qəzeti İsrail Hərbi Hava qüvvələrinin iki gün əvvəl Suriya ərazisinə aviazərbəsi zamanı Livanın “Hizbullah” qruplaşması üçün nəzərdə tutulmuş taktiki raket partiyasının məhv edildiyini iddia edib.

Bütün hallarda İsrail tərəfi bu məlumatları şərh etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR