AzərTAc və Sloveniyanın STA agentliyi əməkdaşlıqla bağlı müqavilə layihəsi üzərində danışıqları davam etdirir

AzərTAc və Sloveniyanın STA agentliyi əməkdaşlıqla bağlı müqavilə layihəsi üzərində danışıqları davam etdirir
# 15 noyabr 2014 15:07 (UTC +04:00)

Bakı - APA. Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbets AzərTAc ilə ölkəsinin STA agentliyi arasında əlaqələrin inkişafına dəstək vermək istəyir.

APA-nın məlumatına görə, bunu səfir AzərTAc-ın baş direktoru Aslan Aslanov ilə görüşündə deyib.

Diplomat bildirib ki, agentliklər arasında əlaqələrin möhkəmlənməsi və informasiya mübadiləsi ölkələrin əməkdaşlığının inkişafına töhfə verə bilər.

Söhbət zamanı qeyd olunub ki, AzərTAc da Sloveniyanın STA xəbər agentliyi ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə önəm verir. Tərəflər əməkdaşlıqla bağlı müqavilə layihəsi üzərində danışıqları davam etdirmək niyyətindədir.

“Biz dünyanın 40-a yaxın ölkəsinin xəbər agentlikləri ilə əlaqələr qurmuşuq. AzərTAc dünya miqyaslı informasiya agentliklərinin bir sıra alyanslarının rəhbər orqanlarının fəal üzvüdür və 2016-cı ildə Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatının birgə assambleyasına ev sahibliyi, həmçinin 2019-cu ilədək bu qurumlara sədrlik edəcək ”, - deyə A. Aslanov məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR