Bakıda 4 avtomobil toqquşub

 Bakıda 4 avtomobil toqquşub
# 22 iyun 2016 16:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin APA-ya verdikləri məlumata görə, Azadlıq prospektində “Mercedes” markalı avtomobil “Nissan X-Trail” avtomobili ilə toqquşub. Nəticədə “Nissan X-Trail” yaxınlıqda dayanan “Hundai Sonata” və “Lexus” markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Polis əməkdaşları ərazidə qəzanın səbəblərini araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR