Sergey Lavrov: "Serbiyanın ATƏT-ə sədrliyinin uğurlu keçməsi üçün əlimizdən gələni etməyə hazırıq"

Sergey Lavrov: "Serbiyanın ATƏT-ə sədrliyinin uğurlu keçməsi üçün əlimizdən gələni etməyə hazırıq"
# 19 dekabr 2014 12:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva Serbiyanın ATƏT-ə sədrliyinin uğurlu keçməsi üçün əlindən gələni etməyə hazırdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İvitsa Daçiçlə keçirdiyi görüşdə deyib.

"2015-ci ildə ATƏT-ə Serbiya sədrlik edəcək. Ümid edirik ki, bu görüşdə ATƏT-də gələcək əməkdaşlığı müzakirə edəcəyik. Biz Serbiyanın sədrliyinin uğurlu keçməsi üçün əlimizdən gələni etməyə hazırıq", - deyə o vurğulayıb.

İ. Daçiç isə iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsinin vacibliyini önə çəkib. O, ATƏT sədrliyini Belqrad üçün "böyük çağırış" kimi qiymətləndirib: "Bu baxımdan ATƏT üzvü olan ölkələrin etimadını doğrulda biləcək sədr ölkə olmaq istəyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR