Azərbaycanda IPI indeksi azalıb

Azərbaycanda IPI indeksi azalıb
# 20 fevral 2013 14:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2013-cü ilin yanvar ayında 103,8% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin dekabr ayı ilə müqayisədə indeks 12,7 faiz bəndi azalıb:

Göründüyü kimi, indeks aşağı düşsə də, hələ də 100%-dən yuxarıdır ki, bu da aylıq müqayisədə artımın baş verdiyini göstərir. Belə ki, yanvar ayında istehsal edilmiş məhsulun dəyəri 3,007 mlrd. manat, dekabrda isə 2,898 mlrd. manat təşkil edib.

Xatırladaq ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR