DİN Bakıda marşrut avtobusunun törətdiyi qəza ilə bağlı məlumat yayıb

DİN Bakıda marşrut avtobusunun törətdiyi qəza ilə bağlı məlumat yayıb
# 01 aprel 2013 10:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunun törətdiyi qəza ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 30-da saat 18.00 radələrində Sabunçu rayonu ərazisində Əmircan qəsəbə sakini Samir Ağakişiyev idarə etdiyi "İsuzu" markalı 191 saylı xətt avtobusunu aşırıb. Nəticədə S.Ağakişiyevin xəsarət alan 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR