Paşha Bank
Bank Of Baku

Şeynbaum: ABŞ hərbçilərinin Meksikadakı əməliyyatda iştirakına icazə vermədik

Meksika Prezidenti Klaudiya Şeynbaum

© APA | Meksika Prezidenti Klaudiya Şeynbaum

# 24 noyabr 2026 00:26 (UTC +04:00)

ABŞ hərbçiləri Meksikada narkokartel liderinin saxlanılması əməliyyatında iştirak etməyiblər.

APA xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Beltran Leyva” cinayətkar qruplaşmasının lideri, “Çapo İs idro” ləqəbli Fausto İs idronun saxlanılması əməliyyatı Meksika Silahlı Qüvvələri tərəfindən müstəqil şəkildə planlaşdırılıb və həyata keçirilib.

“ABŞ öz silahlı qüvvələri ilə Meksikada fəaliyyət göstərmək istəyirdi, lakin biz buna razılıq vermədik. Onlar əməliyyatların planlaşdırılmasına daha çox təsir göstərmək istəyirdilər. Biz isə buna da yox dedik”, – deyə Şeynbaum bildirib.

Prezident qeyd edib ki, Vaşinqtonla əməkdaşlıq yalnız kəşfiyyat məlumatlarının mübadiləsi ilə məhdudlaşıb.

O, əməkdaşlığın suverenliyə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı etimad və tabeçilik olmadan əməkdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb.

Şeynbaum Sinaloa ştatının Quasave bələdiyyəsində keçirilən əməliyyat zamanı həlak olan dörd hərbçinin ailəsinə başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR